Təhsil 365 - Logo Mobile

Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələrə sertifikat təqdim olunub

6004.05.2026 - 16:35
Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələrə sertifikat təqdim olunub

Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin IV kursunda Azərbaycan dilini öyrənən və yüksək nəticələr göstərən tələbələr mükafatlandırılıb.

“Tehsil365“ Diasporla iş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, mükafatlandırılma mərasimində Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirov çıxış edərək Misir və Azərbaycan xalqları arasında əlaqələrin tarixən yüksək səviyyədə olduğunu, bu münasibətlərin bu gün də uğurla davam edərək gündən-günə inkişaf etdiyini vurğulayıb.O həmçinin Prezident İlham Əliyevin Azərbaycan dilinin dünyada yayılmasına böyük önəm verdiyini diqqətə çatdırıb.

Çıxış üçün söz alan Azərbaycanın Misirdəki Səfirliyinin müşaviri Fərhad Məmmədov  bildirib ki, Misirdə Azərbaycan dilinə marağın yüksək olması hər iki xalq arasında dostluq münasibətlərinin bariz nümunəsidir. O, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin xalqlarımız arasındakı elmi və mədəni əlaqələrin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib, tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda Azərbaycan dili dərslərində yüksək nəticələr göstərən 18 tələbəyə sertifikat və hədiyyələr təqdim olunub.
Məlumat üçün bildirək ki, hazırda cəmiyyətin nəzdində fəaliyyət göstərən müxtəlif kurslarda 61 ölkədən 670-dən çox tələbə ödənişsiz əsaslarla təhsil alır. Tədris proqramına Azərbaycan dili ilə yanaşı, xəttatlıq, xalçaçılıq, muğam sənəti və digər istiqamətlər daxildir.

Mehriban İbadova

Новостная лента

На данный момент новостей в ленте нет...