Təhsil 365 - Logo Mobile

AzTV-də “Mediada rəqəmsal savadlılıq” təlimlərinə start verilib

8304.05.2026 - 17:55
AzTV-də “Mediada rəqəmsal savadlılıq” təlimlərinə start verilib

Bu gün AzTV-nin Teleradio Akademiyasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə “Mediada rəqəmsal savadlılıq” mövzusunda təlimlərə start verildi

Tehsil365” Moderator.az-a istinadən xəbər verir ki, ilk sessiya bu gün baş tutdu. Növbəti təlimlər 15 və 25 may 2026-cı il tarixlərində keçiriləcək. Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Təlimlər çərçivəsində media mütəxəssisləri üçün süni intellekt alətlərindən effektiv istifadə, kontent strategiyasının hazırlanması, süni intellekt əsaslı kiber mühitdə tətbiqlər və kibermaarifləndirmə mövzuları əhatə olunacaq.

Eyni zamanda rəqəmsal savadlılığın əsas istiqamətləri — məlumatın düzgün qiymətləndirilməsi, onlayn təhlükəsizlik, rəqəmsal kommunikasiya, rəqəmsal məzmun yaradıcılığı, əsas texniki bacarıqlar, həmçinin effektiv axtarış və araşdırma vərdişləri iştirakçılara öyrədiləcək.

Fatimə Cəfərzadə

Новостная лента

На данный момент новостей в ленте нет...