Təhsil 365 - Logo Mobile

Növbəti iki gündə rayonlara dolu düşəcək

7711.05.2026 - 19:28
Növbəti iki gündə rayonlara dolu düşəcək

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında mayın 12-14-də günün ikinci yarısında hava şəraitinin arabir yağıntılı gözlənilir.

“Tehsil365" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Nərmin Mustafayeva

Новостная лента

На данный момент новостей в ленте нет...