Təhsil 365 - Logo Mobile

DƏHŞƏTLİ HADİSƏ! Ata məktəb qiymətlərinə görə 9 yaşlı qızını mişarla qətlə yetirdi

8811.05.2026 - 17:40
DƏHŞƏTLİ HADİSƏ! Ata məktəb qiymətlərinə görə 9 yaşlı qızını mişarla qətlə yetirdi

Hindistanın Maharaştra ştatında bir kişi məktəb qiymətlərini saxtalaşdıran 9 yaşlı qızını öldürüb.

Qız sinifdə oxuma göstəricilərinə görə ikinci yeri, ögey qardaşı isə birinci yeri tutub. Valideynlərinin qəzəbindən qorxan məktəbli qiymət cədvəlini özü saxtalaşdırıb. Lakin atası Şantaram Duryodhan Çavan bu saxtakarlığı aşkar edib və əsəbindən özünü itirib.

O, uşağa hücum edərək mişarla başını kəsib. Qətli törətdikdən sonra kişi hadisəni bədbəxt hadisə kimi göstərməyə çalışıb: cəsəd parçaya bükülərək yandırılıb.

İstintaq məhkəmə-tibbi ekspertiza və DNT analizləri sayəsində baş verənlərin əsl mahiyyətini müəyyən edə bilib. Nəticədə Şantaram Duryodhan Çavan saxlanılıb, onunla birlikdə izləri gizlətməyə kömək edən Çinki Bhonsle də həbs edilib./lent

Fatimə Cəfərzadə

Новостная лента

На данный момент новостей в ленте нет...