Təhsil 365 - Logo Mobile

ABŞ universitetində məzunlara sürpriz: natiq tələbələrin təhsil borcunu ödəyəcəyini açıqlayıb

10513.05.2026 - 06:36
ABŞ universitetində məzunlara sürpriz: natiq tələbələrin təhsil borcunu ödəyəcəyini açıqlayıb

ABŞ-da keçirilən universitet məzuniyyət mərasimlərindən birində tələbələr gözlənilməz və sevindirici anlarla qarşılaşıblar.

Tehsil365” xəbər verir ki, Tədbirdə çıxış edən fəxri natiq son kurs tələbələrinin təhsil kreditlərini ödəyəcəyini elan edib.

Bu açıqlama mərasim iştirakçıları tərəfindən böyük alqış və emosional reaksiyalarla qarşılanıb. Bildirilib ki, təşəbbüs xüsusilə maddi çətinlik yaşayan məzunlara dəstək məqsədi daşıyır və yüzlərlə tələbənin maliyyə yükünü azaltmağa kömək edəcək.

Universitet rəhbərliyi bu addımı gənclərə verilən mühüm dəstək kimi qiymətləndirib. Sosial şəbəkələrdə də geniş müzakirə olunan hadisə bir çox istifadəçi tərəfindən nümunəvi addım adlandırılıb.

Əfşanə Cümşüdzadə

Новостная лента

На данный момент новостей в ленте нет...