Təhsil 365 - Logo Mobile

Beynəlxalq Coğrafiya Olimpiadasına seçim başlayır

6513.05.2026 - 09:42
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim başlayır

16 may 2026-cı il tarixində Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək.

“Tehsil365” AzEdu.az-a istinadən xəbər verir ki, imtahan saat 09:00–12:00 aralığında Təhsil Texnologiyaları Mərkəzində (Fətəli xan Xoyski küçəsi, 109) keçiriləcək.

– İmtahan başlamazdan ən azı 15 dəqiqə əvvəl ünvanda olmaq lazımdır.

– Şəxsiyyəti təsdiq edən sənəd gətirilməlidir. Şəkilsiz sənəd olduqda məktəbdən möhürlü arayış tələb olunur; möhür şəklin üzərinə düşməlidir.

– İmtahana rəngli karandaşlar, göy diyircəkli qələm, silgi, sadə qara karandaş, xətkeş, pərgar və izahsız ikidilli lüğət gətirmək tövsiyə olunur.

– Suallar ingilis dilində, beynəlxalq coğrafiya kurikulumu əsasında yazılı və qapalı formada olacaq. Cavablar yalnız ingilis dilində qəbul edilir.

– Seçim imtahanı üçün RFO coğrafiya qalibləri və IGeO hazırlıq dərslərinin iştirakçıları müraciət edə bilərlər.

Zeynəb Quluyeva

Новостная лента

На данный момент новостей в ленте нет...