Təhsil 365 - Logo Mobile

Pedaqoji Universitetdə STEAM hesabat sərgisi

7513.05.2026 - 17:36
Pedaqoji Universitetdə STEAM hesabat sərgisi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində fəaliyyət göstərən STEAM Mərkəzinin təşkilatçılığı ilə “STEAM hesabat sərgisi” keçirilib.

ADPU-dan “Tehsil365"ə bildirilib ki, sərgidə tələbələrin hazırladıqları müxtəlif layihələr, əl işləri, cihaz və qurğular nümayiş etdirilib.

Rektor professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, fakültə dekanları, kafedra müdirləri və professor-müəllim heyəti sərgiyə baxış keçiriblər.

Fizika fakültəsinin dekanı və STEAM Mərkəzinin müdiri dosent Arzu Daşdəmirov tələbələrin layihələri haqqında ətraflı məlumat verib.

Nərmin Mustafayeva

Новостная лента

На данный момент новостей в ленте нет...