Təhsil 365 - Logo Mobile

Elm və Təhsil Nazirliyinin tabeliyində iki yeni institut yaradılıb

7414.05.2026 - 17:28
Elm və Təhsil Nazirliyinin tabeliyində iki yeni institut yaradılıb

Elm və Təhsil Nazirliyinin tabeliyində iki yeni institut yaradılıb.

“Tehsil365" xəbər verir ki, bununla əlaqədar Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində müasir infrastruktura və beynəlxalq standartlara uyğun elmi-tədqiqat və təcrübi istehsalat bazasına malik publik hüquqi şəxs statuslu iki elmi müəssisə yaradılıb: Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutu və Tətbiqi Elmlər İnstitutu.

Həmçinin Qərara əsasən, Elm və Təhsil Nazirliyi yeni yaradılan publik hüquqi şəxslərin nizamnamələrini iki ay müddətində təsdiq etməlidir. Publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiq edildikdən sonra üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görülməlidir.

Nərmin Mustafayeva

Новостная лента

На данный момент новостей в ленте нет...