Təhsil 365 - Logo Mobile

Azərbaycanlı universitet müəllimləri üçün "Fulbright" proqramına müraciət başlayıb

14007.07.2026 - 16:02
Azərbaycanlı universitet müəllimləri üçün "Fulbright" proqramına müraciət başlayıb

Azərbaycanlı universitet müəllimləri üçün "Fulbright" proqramına müraciət başlayıb

"Tehsil365" xəbər verir ki, 2027–2028-ci tədris ili üzrə "Fulbright" Müəllimlərin Peşəkar İnkişaf Proqramına müraciətlərin qəbuluna start verilib. 

Proqram çərçivəsində azərbaycanlı müəllimlər ABŞ universitetlərində 5 ay ərzində yeni bilik və təcrübə qazanmaq imkanı əldə edəcəklər. İştirakçılar qabaqcıl tədris yanaşmalarını mənimsəmək, innovativ kurikulumlar hazırlamaq və əldə etdikləri təcrübəni Azərbaycandakı tələbələrlə bölüşmək şansına sahib olacaqlar. 

Qeyd edək ki, proqramda iştirak etmək istəyən müəllimlər üçün müraciət müddəti 26 avqust 2026-cı il tarixinədək davam edəcək.

Ayşən Cəlilova

Новостная лента

На данный момент новостей в ленте нет...