Təhsil 365 - Logo Mobile

Sabah şəhərətrafı ərazilərdə yağış yağacağ

13708.07.2026 - 08:47
Sabah şəhərətrafı ərazilərdə yağış yağacağ

Sabah Azərbaycanda hava necə olacaq?İyulun 9-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Tehsil365”ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25°, bəzi yerlərdə 27-29° isti olacaq.

Afin Mahmudov

Новостная лента

На данный момент новостей в ленте нет...