Təhsil 365 - Logo Mobile

Beynəlxalq İslam Sivilizasiyası Forumunda Azərbaycan-Özbəkistan qardaşlığından bəhs edən kitab təqdim edilib

15309.07.2026 - 07:41
Beynəlxalq İslam Sivilizasiyası Forumunda Azərbaycan-Özbəkistan qardaşlığından bəhs edən kitab təqdim edilib

Daşkənddə keçirilən I Beynəlxalq İslam Sivilizasiyası Forumunun ikinci günü çərçivəsində yeni nəşrlərin təqdimatına həsr olunmuş paneldə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin müəllifi olduğu Azərbaycan və özbək dillərində nəşr edilmiş “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” kitab-albomu təqdim edilib.

QMİ-nin Mətbuat xidmətindən “Tehsil365”əbildirilib ki, Özbəkistan İslam Sivilizasiyası Mərkəzində keçirilən tədbirdə Salim Əl-Malik, Mahmut Erol Kılıç və digər rəsmi şəxslər iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, kitab iki qardaş xalqın ortaq tarixi, mənəvi dəyərləri və müttəfiqlik münasibətlərini əks etdirən nəşrdir.

Qeyd edək ki, 216 səhifədən ibarət kitab-albomda Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişafı, iki ölkə arasında mənəvi əlaqələr, həmçinin Şeyxülislam Allahşükür Paşazadənin müxtəlif illərdə Azərbaycanda və Özbəkistanda keçirilən tədbirlərdəki çıxışları, məruzələri, məktubları və fotoşəkillər yer alıb.

Xatırladaq ki, kitab-albomun Özbəkistan ictimaiyyəti üçün təqdimatı iyulun 7-də Daşkənddə keçirilib.

Fidan Məmmədli

Новостная лента

На данный момент новостей в ленте нет...