Təhsil 365 - Logo Mobile

Azərbaycanlı qadın güləşçi Avropa çempionatında gümüş medal qazandı

13510.07.2026 - 05:23
Azərbaycanlı qadın güləşçi Avropa çempionatında gümüş medal qazandı

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.

“Tehsil365” Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Qadın güləşçimiz Günay Qurbanova (59 kq) finalda isveçli Karin Samuelssona 2:10 hesabı ilə məğlub olaraq çempionatın gümüş medalını qazanıb.

Digər güləşçimiz Ruzanna Məmmədova (62 kq) macarıstanlı Barbara Baqerə "tuş"la qalib gələrək finala yüksəlib.

Zəhra Kərimzadə (72 kq) isə yarımfinalda litvalı Qreta Tverskiteyə 2:3 hesabı ilə məğlub olub və bürünc medal uğrunda güləşəcək.

Nuray Babayeva

Новостная лента

На данный момент новостей в ленте нет...