Təhsil 365 - Logo Mobile

Dilçilik İnstitutunun əməkdaşının yeni dərs vəsaiti işıq üzü görüb

13010.07.2026 - 07:23
Dilçilik İnstitutunun əməkdaşının yeni dərs vəsaiti işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi filolologiya üzrə fəlsəfə doktoru, dosent Qüdsiyyə Qəmbərovanın “Azərbaycan dilində köməkçi və xüsusi nitq hissələrinin diaxronik-dialektoloji tədqiqi” adlı kitabı nəşr edilib.

“Tehsil365” xəbər ki, ali məktəblər üçün dərs vəsaiti kimi nəzərdə tutulan bu kitabda Azərbaycan dilində köməkçi və xüsusi nitq hissələri morfem səviyyəsində diaxronik-dialektoloji baxımdan tədqiq edilib. Kitab giriş, iki hissə, sual-tapşırıqlar və əlavələri əhatə edir. Dərs vəsaitinin giriş hissəsində tarixi qrammatika və tarixi dialektologiya sahəsində aparılan araşdırmalara nəzər salınır. Bu zaman kənarda qalan məsələlərin aktuallığı əsaslandırılır. Əsas hissədə Azərbaycan dilində köməkçi və xüsusi nitq hissələrinin tarixi-dialektoloji tədqiqatı morfem səviyyəsində araşdırmaya cəlb olunur. Xüsusi nitq hissələri sırasında nida və yamsılamaların morfonoloji izahı və diaxronik-dialektoloji aspektləri geniş şəkildə verilir. Kitab, həmçinin magistrantlar və doktorantlar üçün faydalı ola bilər.

Fidan Məmmədli

Новостная лента

На данный момент новостей в ленте нет...