Təhsil 365 - Logo Mobile

Professor Arif Səlimov XXII Beynəlxalq Həndəsə Konfransında iştirak edib

15011.07.2026 - 06:50
Professor Arif Səlimov XXII Beynəlxalq Həndəsə Konfransında iştirak edib

Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) Ekspert Şurasının sədri, professor Arif Səlimov Türkiyənin İsparta şəhərində yerləşən Süleyman Dəmirəl Universitetində keçirilən XXII Beynəlxalq Həndəsə Konfransında çıxış edib.

“Tehsil365” xəbər verir ki, professor Arif Səlimov konfransda dəvətli məruzəçi qismində iştirak edib.

Onun məruzəsi müasir diferensial həndəsənin aktual istiqamətlərindən biri olan laylanma fəzalarının lift nəzəriyyəsi sahəsində əldə etdiyi son elmi nəticələrə həsr olunub.

Konfransın plenar iclasında Azərbaycan, Türkiyə və Almaniyadan ümumilikdə dörd dəvətli məruzəçi çıxış edib. Bölmə iclaslarında isə 133 elmi məruzə təqdim olunub.

Fidan Məmmədli

Новостная лента

На данный момент новостей в ленте нет...