Təhsil 365 - Logo Mobile

Növbəti üç gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

12911.07.2026 - 17:22
Növbəti üç gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 12-14-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək.

“Tehsil 365” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Şəmkir, Gəncə, Daşkəsən, Goranboy, Naftalan, Siyəzən, Şabran, Xızı, Xaçmaz, Tərtər, Bərdə, Mingəçevir, Hacıqabul, Neftçala, Masallı, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabadda sarı xəbərdarlığa uyğun olaraq isə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Türkan Allahquliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...