Təhsil 365 - Logo Mobile

Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazanıb

14513.07.2026 - 04:14
Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazanıb

İyulun 4–12-də Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPhO) Azərbaycan uğurla təmsil olunub.

“Tehsil365” AZERTAC-a istinadən xəbər verir ki, 90-dan artıq ölkənin iştirak etdiyi nüfuzlu elm yarışında ölkəmizi müxtəlif ümumi təhsil müəssisələrindən 5 şagird təmsil edib. Azərbaycan komandası yüksək nəticə göstərərək 3 gümüş və 2 bürünc medal qazanıb.

Tədbir çərçivəsində 57-ci Beynəlxalq Fizika Olimpiadasının 2027-ci ildə Səudiyyə Ərəbistanında keçirilməsi barədə qərar qəbul edilib.

Nuray Babayeva

Новостная лента

На данный момент новостей в ленте нет...