Təhsil 365 - Logo Mobile

Bu ilin ilk yarısında 200 mindən çox şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunub

15613.07.2026 - 06:59
Bu ilin ilk yarısında 200 mindən çox şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin birinci yarımilində 200,7 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

"Tehsil365" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, onlardan 82 min şəxs münasib işlərlə təmin olunub, 385 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. 9,1 min şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 109,2 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.

Fidan Məmmədli

Новостная лента

На данный момент новостей в ленте нет...