Təhsil 365 - Logo Mobile

IV Şuşa Qlobal Media Forumu başa çatıb

14014.07.2026 - 09:12
IV Şuşa Qlobal Media Forumu başa çatıb

IV Şuşa Qlobal Media Forumu başa çatıb.

“Tehsil365” Apa istinadən xəbər verir ki, Forumun ilk günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib və forum iştirakçılarının suallarını cavablandırıb.

Forum çərçivəsində 53 ölkədən 160 nümayəndə, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan çox media qurumu, həmçinin, media sahəsində fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisatın təmsilçiləri iştirak edib.

Qeyd edək ki, son dörd ildə Şuşa Qlobal Media Forumu 81 ölkədən 600-ə yaxın media nümayəndəsini bir araya gətirib. Forum çərçivəsində media, süni intellekt, dezinformasiya ilə mübarizə, media diplomatiyası, şəhərsalma narrativləri, etimadın bərpası və digər aktual mövzulara həsr olunmuş panel müzakirələri keçirilib. Forum panel sessiyaları və yekun müzakirələrlə başa çatıb.

Afin Mahmudov

Новостная лента

На данный момент новостей в ленте нет...