Təhsil 365 - Logo Mobile

Fələstinin Baş naziri Fəxri xiyabanı ziyarət edib

14616.07.2026 - 07:51
Fələstinin Baş naziri Fəxri xiyabanı ziyarət edib

Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa Fəxri xiyabandaÜmummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

“Tehsil365” xəbər verir ki, Fələstin dövlətinin Baş naziri Ulu Öndərin məzarı önünə əklil qoyub.

Fələstin dövlətinin Baş naziri Məhəmməd Mustafa, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, məzarı üzərinə tər güllər düzüb.


Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.

Türkan Allahquliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...