Təhsil 365 - Logo Mobile

Qusarda dini diskurs və media etikası ətrafında fikir mübadiləsi aparılıb

14016.07.2026 - 17:04
Qusarda dini diskurs və media etikası ətrafında fikir mübadiləsi aparılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə iyulun 16-da Qusarda “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda keçirilən konfrans işini panel sessiyalarla davam etdirir.

“Tehsil365” xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən birinci panel “Rəqəmsal media və dini diskurs: İnformasiya manipulyasiyası və dezinformasiya” mövzusuna həsr olunub. Paneldə Azərbaycan Mətbuat Şurasının sədr müavini, əməkdar jurnalist Səadət Məmmədova, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva spiker qismində çıxış ediblər.

Fidan Məmmədli

Новостная лента

На данный момент новостей в ленте нет...