Təhsil 365 - Logo Mobile

Vətəndaş müraciətlərinin statistikası

13617.07.2026 - 04:03
Vətəndaş müraciətlərinin statistikası

İyulun 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və tabeliyində olan qurumlara ümumilikdə 47 483 vətəndaş müraciəti daxil olub. 

Elm və Təhsil Nazirliyindən “Tehsil365” ə bildirilib ki, müraciətlərin 7 558-i elektron qaydada, 1655-i yazılı formada, 32 235-i çağrı mərkəzləri vasitəsilə qəbul edilib. Bundan əlavə, 6 035 müraciət vətəndaş qəbulu zamanı qeydə alınıb.
 
Daxil olan müraciətlər əsasən müəllimlərin işə qəbulu, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat, müəllimlərin iş yerinin dəyişdirilməsi, I sinfə şagird qəbulu və digər təhsil məsələləri ilə bağlı olub.

Nuray Babayeva

Новостная лента

На данный момент новостей в ленте нет...