Təhsil 365 - Logo Mobile

Altıncı "Yüksəliş" müsabiqəsinin final mərhələsi başa çatdı

13519.07.2026 - 15:34
Altıncı "Yüksəliş" müsabiqəsinin final mərhələsi başa çatdı

Altıncı "Yüksəliş" müsabiqəsinin üç gün davam edən final mərhələsi başa çatıb.

“Tehsil365” xəbər verir ki, finalçılar Təşkilat Komitəsinin üzvləri və mentorların müşahidəsi altında "Yeni təsir gücü: Azərbaycan" adlı keys tapşırığını yerinə yetiriblər.

İştirakçılar təqdim etdikləri həll yolları ilə bağlı mentorların suallarını cavablandırıblar və idarəçi rəhbərlər tərəfindən qiymətləndiriliblər.

Müsabiqənin qaliblərinin adları final mərhələsinin başa çatmasından sonra 5-7 iş günü ərzində açıqlanacaq.

Ayşən Cəlilova

Новостная лента

На данный момент новостей в ленте нет...