Təhsil 365 - Logo Mobile

"ChatGPT"nin işində genişmiqyaslı nasazlıq baş verib

13520.07.2026 - 04:30
"ChatGPT"nin işində genişmiqyaslı nasazlıq baş verib

"OpenAI" şirkətinin "ChatGPT" çat-botunun işində genişmiqyaslı nasazlıq baş verib. Bir sıra ölkələrdən olan istifadəçilər xidmətdən istifadə zamanı problemlərlə üzləşdiklərini bildiriblər.

“Tehsil365” Oxu.az-a istinadən xəbər verir ki, nasazlıq barədə məlumatlar "Detector404" və "Downdetector" monitorinq xidmətləri tərəfindən təsdiqlənib.

"Detector404"ün Bakı vaxtı ilə saat 18:48-ə olan məlumatına görə, sistemdəki problemlərdən ən çox Almaniya (5%), ABŞ (5%), Niderland (4%), Rusiya (3%) və Böyük Britaniya (3%) istifadəçiləri şikayət ediblər. Qeyd olunur ki, bu göstəricilər region əhalisinin sayına uyğunlaşdırılıb. "Downdetector" saytında isə Portuqaliya, Yunanıstan, Azərbaycan və Polşa kimi ölkələrdən də nasazlıqlarla bağlı çoxsaylı müraciətlər daxil olub.

Məlumata əsasən, şikayətlərin sayı Bakı vaxtı ilə saat 17:15-dən sonra əhəmiyyətli dərəcədə artmağa başlayıb. Saat 18:53-ə olan statistikaya görə, son sutka ərzində sistemə giriş və funksionallıqla bağlı təxminən 1 400 şikayət qeydə alınıb.

Nuray Babayeva

Новостная лента

На данный момент новостей в ленте нет...