Təhsil 365 - Logo Mobile

İlin ilk yarısında 22 mindən çox uşağa reabilitasiya xidməti göstərilib

15320.07.2026 - 06:29
İlin ilk yarısında 22 mindən çox uşağa reabilitasiya xidməti göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində cari ilin birinci yarımilində 22 min 552 uşağa reabilitasiya xidmətləri göstərilib.

Bu barədə “Tehsil365”ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, onlardan əlilliyi olan 1089 uşaq stasionar, 13240 uşaq ambulator, digərləri icmaəsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyaya aid uşaqlar nazirliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Fidan Məmmədli

Новостная лента

На данный момент новостей в ленте нет...