Təhsil 365 - Logo Mobile

UNEC Zaqatala filialının tələbəsi Orhun Mübadilə Proqramı ilə Türkiyədə təhsil alacaq

16720.07.2026 - 13:09
UNEC Zaqatala filialının tələbəsi Orhun Mübadilə Proqramı ilə Türkiyədə təhsil alacaq

UNEC Zaqatala filialının Biznesin idarə edilməsi ixtisası üzrə tələbəsi Fəridə Xocberova Orhun Mübadilə Proqramı çərçivəsində Türkiyənin İstanbul Ticarət Universitetində bir semestr təhsil almaq hüququ qazanıb.

Tehsil365” xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının Biznesin idarə edilməsi ixtisası üzrə tələbəsi Fəridə Xocberova Orhun Mübadilə Proqramı çərçivəsində Türkiyənin İstanbul Ticarət Universitetində bir semestr təhsil almaq hüququ qazanıb.

Tələbə proqram çərçivəsində İstanbul Ticarət Universitetinin İşlətmə bölməsində təhsil alacaq. Bu müddətdə o, beynəlxalq akademik mühitdə bilik və bacarıqlarını inkişaf etdirmək, yeni təcrübə qazanmaq və fərqli təhsil sistemi ilə yaxından tanış olmaq imkanı əldə edəcək.

UNEC Zaqatala filialının kollektivi Fəridə Xocberovanı bu uğuru münasibətilə təbrik edərək, ona təhsilində və gələcək peşə fəaliyyətində uğurlar arzulayıb.

Zümrüd Əlicanlı

Новостная лента

На данный момент новостей в ленте нет...