Təhsil 365 - Logo Mobile

Azərbaycanda doğum azalıb, ölüm göstəricisi cüzi artıb

14021.07.2026 - 06:28
Azərbaycanda doğum azalıb, ölüm göstəricisi cüzi artıb

Bu ilin yanvar-may ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 34 min 56 doğulan körpə qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,2-dən 8,0-a düşüb.

“Tehsil365” Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, doğulan körpələrin 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 1184-ü əkiz, 48-i isə üçəm olub.

Cari ilin yanvar-may aylarında ölkədə 25 min 511 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,9-dan 6,0-a qədər artıb.

Fidan Məmmədli

Новостная лента

На данный момент новостей в ленте нет...