Təhsil 365 - Logo Mobile

“Dinamo”nun baş məşqçisi: "Neftçi" həqiqətən yaxşı komandadır

15921.07.2026 - 16:15
“Dinamo”nun baş məşqçisi: "Neftçi" həqiqətən yaxşı komandadır

Güclü rəqibə qarşı oynayacağımızı başa düşürük. "Neftçi" həqiqətən yaxşı komandadır. Bu oyunun əhəmiyyətini dərk edirik.

“Tehsil365” Azertaca istinadən xəbər verir ki, bu sözləri Belarusun “Dinamo” (Minsk) komandasının baş məşqçisi Aleksandr Şaqoyko UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda “Neftçi”yə qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis matça ciddi yanaşdıqlarını və yaxşı hazırlaşdıqlarını bildirib: “Qalib iki oyunla müəyyənləşəcək. Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir. Bu cür matçları çox oynamırıq. "Neftçi"nin səviyyəsi yüksəkdir. Yaxşı klublarda çalışmış güclü baş məşqçisi var”.

O, şansların bərabər olduğunu vurğulayıb: "Oyundan əvvəl şanslar həmişə eyni olur. Bu dəfə də belə olacaq. Əlbəttə ki, bizim öz məqsədimiz var və bunun üçün çalışacağıq”.

Xatırladaq ki, iyulun 22-də “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” oyunu saat 20:00-da başlayacaq.

Afin Mahmudov

Новостная лента

На данный момент новостей в ленте нет...