Təhsil 365 - Logo Mobile

Meşələrin balaca kabusu – onu tapmaq demək olar ki, mümkünsüzdür

13626.07.2026 - 05:10
Meşələrin balaca kabusu – onu tapmaq demək olar ki, mümkünsüzdür

Cənubi Amerikanın meşələrində yaşayan quyna (güiña) dünyanın ən kiçik və ən sirli vəhşi pişiklərindən biri hesab olunur.

“Tehsil365” Musavat.com-a istinadən xəbər verirki, Live Science və digər təbiət mənbələrinin yaydığı məlumata görə, bu nadir yırtıcı yalnız Çili və Argentinanın meşəlik ərazilərində yaşayır.

Quynanın bədən uzunluğu cəmi 37–52 santimetr, çəkisi isə 1,5–3 kiloqram arasında dəyişir. Ölçüsünə görə adi ev pişiyi balasına bənzəsə də, vəhşi təbiətdə çevik və bacarıqlı ovçudur.

Bu pişik son dərəcə gizli həyat tərzi sürür və insanlardan uzaq gəzir. Mütəxəssislərin sözlərinə görə, onu təbii mühitdə görmək olduqca çətindir. Elə buna görə də quynanın görüntülərinin lentə alınması vəhşi təbiət fotoqrafları üçün böyük uğur sayılır.

Nuray Babayeva

Новостная лента

На данный момент новостей в ленте нет...