Təhsil 365 - Logo Mobile

Millimiz Portuqaliyanı məğlub etdi

14728.07.2026 - 11:23
Millimiz Portuqaliyanı məğlub etdi

Bu gün oğlanlardan ibarət U-18 millimiz Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən Avropa çempionatı B divizionunda növbəti qrup oyununu Portuqaliya seçməsinə qarşı keçirib.

“Tehsil365” xəbər verir ki, millimiz oyunun ilk hissəsində rəqibə məğlub olsa da, ikinci hissədə geridönüş edərək 52:50 hesablı qələbə qazanıb.

Görüşün ən dəyərli basketbolçusu (MVP) 18 xal, 12 ribaundla millimizin üzvü Emanuel Aqbason seçilib. Millimiz 2 qələbə, 2 məğlubiyyətlə qrupda 3-cü sırada qərarlaşıb.

Qeyd edək ki, yığmamız qrupda sonuncu oyununu 29 iyul Bakı vaxtı ilə saat 20:00-da Çexiya seçməsinə qarşı keçirəcək.

Ləman Rəhimli

Новостная лента

На данный момент новостей в ленте нет...