Təhsil 365 - Logo Mobile

20 ildə şəhər məktəblərinin müəllimləri 10 min nəfər azalıb

14428.07.2026 - 11:53
20 ildə şəhər məktəblərinin müəllimləri 10 min nəfər azalıb

Azərbaycanda şəhər yerlərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan müəllimlərin sayı son 20 ildə təxminən 10 min nəfər azalıb.

“Tehsil365”in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumaya görə, 2005–2006-cı tədris ilində şəhər ümumtəhsil müəssisələrində əsas heyət üzrə 87 min 782 müəllim çalışdığı halda, 2024–2025-ci tədris ilində bu göstərici 78 min 107 nəfərə düşüb. Beləliklə, son 20 ildə müəllimlərin sayı 9 min 675 nəfər azalıb.

Statistika göstərir ki, müəllimlərin sayında azalma fonunda şəhər məktəblərində təhsil alan şagirdlərin sayı artıb. Belə ki, 2005–2006-cı tədris ilində şəhər məktəblərində 833 min 500 şagird təhsil aldığı halda, 2024–2025-ci tədris ilində onların sayı 1 milyon 98 min 432 nəfərə yüksəlib.

Eyni dövrdə şəhər ümumtəhsil müəssisələrinin sayı da 1156-dan 1261-ə çatıb. Liseylərin sayı 62-dən 120-yə, gimnaziyaların sayı isə 6-dan 30-a yüksəlib.

Ləman Rəhimli

Новостная лента

На данный момент новостей в ленте нет...