Təhsil 365 - Logo Mobile

Mingəçevirdə “Birlik” düşərgəsi yeniyetmə və gəncləri bir araya gətirib

12830.07.2026 - 04:55
Mingəçevirdə “Birlik” düşərgəsi yeniyetmə və gəncləri bir araya gətirib

Mingəçevirdə yeniyetmə və gənclərin iştirakı ilə onların şəxsi inkişafına töhfə vermək məqsədilə “Birlik” düşərgəsi təşkil edilib.

“Tehsil365” AZERTAC-a istinadən xəbər verir ki, düşərgə Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin, Mingəçevir Gənclər Evi SXM-nin birgə təşkilatçılığı və “Kür” Olimpiya Tədris-İdman Kompleksinin dəstəyi ilə keçirilib. İkigünlük düşərgədə iştirakçılar üçün müxtəlif təlimlər, intellektual və əyləncəli oyunlar keçirilib, komanda quruculuğu fəaliyyətləri, habelə konsert proqramı təqdim olunub.

Düşərgədə 50-dən çox yeniyetmə və gənc həm yeni biliklər və təcrübə qazanıb, həm də əməkdaşlıq, ünsiyyət və komanda işi bacarıqlarını inkişaf etdirmək imkanı əldə edib.

Nuray Babayeva

Новостная лента

На данный момент новостей в ленте нет...