Təhsil 365 - Logo Mobile

Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

14330.07.2026 - 15:42
Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

İyulun 31-də Bakının Lökbatan, Qobu qəsəbələrində, həmçinin Nizami rayonunun bir sıra küçələrində qaz təchizatı müvəqqəti olaraq məhdudlaşdırılacaq.

“Tehsil365” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması səbəbindən sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Lökbatan qəsəbəsinə bütünlüklə, Qobu qəsəbəsinin müəyyən hissəsinə, eləcə də Nizami rayonunun R. Rüstəmov, E. Süleymanov, Q. Qarayev və C. Naxçıvanski küçələrinə verilən qaz təchizatında qısamüddətli fasilə yaranacaq.


Ləman Rəhimli

Новостная лента

На данный момент новостей в ленте нет...