Təhsil 365 - Logo Mobile

Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi Şərqi Zəngəzurda keçirilir

13302.08.2026 - 05:32
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi Şərqi Zəngəzurda keçirilir

Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi Şərqi Zəngəzurda keçirilir.

“Tehsil365” Report-a istinadən xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin "X" sosial şəbəkə hesabında bununla bağlı video paylaşılıb.

"Diaspor Gənclərinin Yay Düşərgələri diaspor tarixinin unikal layihələrindəndir", - paylaşımda bildirilib və əlavə edilib ki, layihə artıq 7-ci dəfədir ki, Azərbaycanda keçirilir.

Belə ki, 1-ci düşərgə Şəki, 2-ci Şamaxı, 3-cü Şuşa, 4-cü Naxçıvan, 5-ci Laçın, 6-cı düşərgə isə Xankəndidə baş tutub: "Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi bu il Şərqi Zəngəzurda keçirilir".

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları iyulun 31-də Azərbaycana gəliblər.

Nuray Babayeva

Новостная лента

На данный момент новостей в ленте нет...