Təhsil 365 - Logo Mobile

Qəbələ Festivlında ilk dəfə Azərbaycan və dünya kinofimlərindən musiqilər səsləndirilib

13602.08.2026 - 05:56
Qəbələ Festivlında ilk dəfə Azərbaycan və dünya kinofimlərindən musiqilər səsləndirilib

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalında ilk dəfə Azərbaycan və dünya kinofimlərindən musiqilər səsləndirilib.

“Tehsil365” AZERTAC-a istinadən xəbər verir ki, Mustafa Mehmandarovun bədii rəhbərliyi və baş dirijorluğu ilə “Scorrendo” Orkestrinin müşayəti ilə həyata keçirilən bu layihə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Gecədə solistlər – skripka ifaçısı Səid Məmmədov və soprano Natella Quliyeva çıxış ediblər.

Konsert proqramında Tofiq Quliyevin "Görüş", Arif Məlikovun "Axırıncı aşırım", Xəyyam Mirzəzadənin "Yeddi oğul istərəm", Fikrət Əmirovun "Böyük dayaq" filmlərinə bəstələdikləri musiqilərlə yanaşı, Con Uilyams, Hans Zimmer, Ennio Morrikone, Ramin Cavadı, Nino Rota və Bill Konti kimi dünya şöhrətli bəstəkarların "Ulduz müharibələri", "Harri Potter", "İnterstellar", "Qeyri-mümkün tapşırıq", "İndiana Cons", "Peşəkar", "Matrisa", "Karib dənizinin quldurları", "Xaç atası" və "Rokki" filmlərindən məşhur musiqi əsərləri səsləndirilib. Müxtəlif nəsillərin sevdikləri ekran əsərlərinin yaddaqalan musiqilərinin canlı ifası amfiteatrda xüsusi ab-hava yaradıb.

Skripka ifaçısı, solist Səid Məmmədov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, yaradıcı gənclər hər zaman diqqətdə saxlanılır, onların sənət yolunda büdrəmədən addımlamaları üçün dövlətimiz hər zaman onları dəstəkləyir. Qəbələ Beynəlxalq Musiqi Festivalına gəlincə, gənc solist diqqətə çatdırıb ki, belə layihələrdə iştirak etmək gələcəkdə onların yaradıcılıqları üçün stimul rolunu oynayır.

Azərbaycan Dövlət Konservatoriyasının 4-cü kurs tələbəsi, soprano Natella Quliyeva çıxışını tamaladıqdan sonra AZƏRTAC-ın bölgə müxbiri ilə həmsöhbət olub. Soprano ilk dəfədir Beynəlxalq Musiqi Festivalında iştirak etdiyini deyib. O, həm də builki Festivalın ən gənc ifaçılarından sayılır. Bu yaşda belə istedadlı gənclərə beynəlxalq festivalda səhnə vermək yaradıcı gənclərə göstərilən etimadın bariz nümunəsi sayılır. İlk dəfə olmasına baxmayaraq, Natella Quliyevanın səhnədə səsləndirdiyi nümunələr tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Qeyd edək ki, XV Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir. Bu festivalın təşkili rayonda, ilk növbədə, turizmin canlanmasına səbəb olub. Festivalın keçirildiyi konsert salonları və açıq hava amfiteatrının tam dolması, yerli sakinlərlə yanaşı, çox sayda xarici qonaqların da tamaşaçılar sırasında yer almaları müşahidə edilir. Beynəlxalq festivalın keçirilməsinin əsas məqsədlərindən biri də Qəbələni mədəniyyətlərarası dialoqun mühüm platformasına çevrilməkdir.

Nuray Babayeva

Новостная лента

На данный момент новостей в ленте нет...