Təhsil 365 - Logo Mobile

Dünya çempionatı: Gümüş medal qazanan İbrahim Həsənov mükafatlandırılıb

14603.08.2026 - 04:11
Dünya çempionatı: Gümüş medal qazanan İbrahim Həsənov mükafatlandırılıb

Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanan Azərbaycan sərbəst güləşçisi İbrahim Həsənov (51 kq) mükafatlandırılıb.

“Tehsil365” Report-a istinadən xəbər verir ki, fəxri kürsünün ikinci pilləsinə qalxan idmançı gümüş medala sahib çıxıb.

Bundan başqa, Benyamin Mayvana (İran) qızıl, İslam Kurakmaevə (Rusiya) və Masamune Uşimadoya (Yaponiya) bürünc medal təqdim edilib.

Mükafatları idmançılara Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Dünya Güləş Birliyinin vitse-prezidenti Rodika Mariya təqdim ediblər.

Nuray Babayeva

Новостная лента

На данный момент новостей в ленте нет...