Təhsil 365 - Logo Mobile

Cənubi Koreyada 122 illik temperatur rekordu qırıldı

14803.08.2026 - 04:31
Cənubi Koreyada 122 illik temperatur rekordu qırıldı

Cənubi Koreyanın paytaxtı Seulda havanın temperaturu +42,5 dərəcəyə yüksəlib.

“Tehsil365” Oxu.az-a istinadən xəbər verir ki, bununla da paytaxt ərazisində 1904-cü ildə qeydə alınmış rekord yenilənib.

Bundan başqa, Yanqsan şəhərində də rekord istilər davam edir. Orada iyulun 29-dan etibarən hər gün +40 dərəcə isti qeydə alınıb.

Seulda anomal isti hava artıq 11 gündür davam edir.

Məlumata görə, Koreyanın əksər bölgələrində güclü istilərlə bağlı xəbərdarlıq elan olunub. Temperaturun ən azı +35 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Gündüz saatlarında müşahidə olunan isti hava gecələr də davam edir, şərq küləyi isə sərinlik gətirmir.

Nuray Babayeva

Новостная лента

На данный момент новостей в ленте нет...