Təhsil 365 - Logo Mobile

Rusiyanın Belqorod Dövlət Texnoloji Universiteti hücuma məruz qaldı

16403.08.2026 - 09:20
Rusiyanın Belqorod Dövlət Texnoloji Universiteti hücuma məruz qaldı

Gecə saatlarında Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Belqorod şəhərinə hücum edib. Hücumdan sonra Belqorod Dövlət Texnoloji Universiteti ərazisində güclü yanğın baş verib.

“Tehsil365” xarici mediaya istinadən xəbər verir ki, hadisədən sonra universitetin ərazisində genişmiqyaslı yanğın başlayıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə təhsil müəssisəsinin ərazisini alovun bürüdüyü görünür. Rusiya rəsmiləri isə universitetə dəyən ziyan və ya mümkün itkilərlə bağlı hələlik rəsmi açıqlama verməyiblər.

Qeyd edək ki, Vladimir Şuxov adına Belqorod Dövlət Texnoloji Universiteti daha əvvəl pilotsuz uçuş aparatlarının idarəetmə sistemlərinin hazırlanması istiqamətində layihələr həyata keçirdiyini açıqlamışdı. Universitetin məlumatına əsasən, burada Rusiyanın "Milandr" mikroprosessoru əsasında PUA-lar üçün avtomatlaşdırılmış idarəetmə sistemi hazırlanıb. Bildirilirdi ki, bu texnologiya elektrik xətlərinin yoxlanılması, istilik borularının monitorinqi və aerofotoçəkiliş kimi mülki məqsədlər üçün nəzərdə tutulub. Bununla yanaşı, ali təhsil müəssisəsində pilotsuz aviasiya sistemləri üzrə mütəxəssislərin hazırlanması da həyata keçirilirdi.

Afin Mahmudov

Новостная лента

На данный момент новостей в ленте нет...