Təhsil 365 - Logo Mobile

Alimlərdən yeni kəşf: İnsan beynini təqlid edən süni intellekt çipi hazırlanıb

14012.08.2026 - 10:15
    Alimlərdən yeni kəşf: İnsan beynini təqlid edən süni intellekt çipi hazırlanıb

Yeni süni intellekt çipi bəzi tapşırıqları ənənəvi sistemlərlə müqayisədə 10 min dəfə daha az hesablama tələb etməklə yerinə yetirə bilər.

“Tehsil365” xəbər verir ki, bu barədə "Live Science" məlumat yayıb.

Tədqiqatçılar yeni texnologiyanı insan beyninin məlumatları emal etmə prinsipindən ilhamlanaraq hazırlayıblar.

Sistem yalnız məlumatda əhəmiyyətli dəyişiklik olduqda aktivləşir və bu xüsusiyyət enerji sərfiyyatını əhəmiyyətli dərəcədə azalda bilər.

Alimlər hesab edirlər ki, belə çiplər gələcəkdə robotlarda, smartfonlarda və digər ağıllı cihazlarda istifadə oluna bilər.

Amin Cavayev

Новостная лента

На данный момент новостей в ленте нет...