Təhsil 365 - Logo Mobile

OYU-da DİM Abituriyent Məsləhət Mərkəzi fəaliyyətini davam etdirir

14815.08.2026 - 05:25
OYU-da DİM Abituriyent Məsləhət Mərkəzi fəaliyyətini davam etdirir

Ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə ixtisas seçimi başlayıb

“Tehsil365” xəbər verir ki, Odlar Yurdu Universitetində abituriyentlərə ixtisas və ali təhsil müəssisəsi seçimində dəstək göstərmək məqsədilə fəaliyyət göstərən DİM Abituriyent Məsləhət Mərkəzi öz işini davam etdirir.

12 avqust 2026-cı il tarixindən etibarən ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə ixtisas seçiminə başlanılıb. Bu mərhələdə abituriyentlərin düzgün seçim etməsi və onları maraqlandıran suallara cavab əldə etməsi xüsusi əhəmiyyət daşıyır. OYU-da fəaliyyət göstərən DİM Abituriyent Məsləhət Mərkəzində abituriyentlərə ixtisas seçimi, qəbul qaydaları, ixtisaslar və ali təhsil imkanları ilə bağlı məlumat və məsləhətlər təqdim olunur.

Qeyd edək ki, Abituriyent Məsləhət Mərkəzində göstərilən məsləhət və ixtisas seçimi xidmətləri ödənişsizdir. Abituriyentlər və valideynlər ixtisas seçimi ilə bağlı onları maraqlandıran məsələlər üzrə Odlar Yurdu Universitetinə müraciət edə bilərlər.

Nuray Babayeva

Новостная лента

На данный момент новостей в ленте нет...