Təhsil 365 - Logo Mobile

Tikinti eksperti-Samir Nəbiyev: “Təhlükəsizlik sertifikatı sadəcə sənəd deyil, materialın faktiki xüsusiyyətləri təsdiqlənməlidir”

14915.08.2026 - 15:27
Tikinti eksperti-Samir Nəbiyev: “Təhlükəsizlik sertifikatı sadəcə sənəd deyil, materialın faktiki xüsusiyyətləri təsdiqlənməlidir”

“Təhsil binalarında istifadə olunan tikinti materiallarına nəzarət yalnız tikinti başa çatdıqdan sonra deyil, layihələndirmə, materialların seçilməsi və tikinti-quraşdırma işləri mərhələlərində aparılmalıdır”. Bu sözləri “Tehsil365”*ə açıqlamasında tikinti eksperti Samir Nəbiyev bildirib.

​S.Nəbiyevin sözlərinə görə, materialların seçimi və yoxlanılması prosesində normativ standartlara dəqiqliklə riayət olunmalıdır:

​“Layihə sənədləri ekoloji, sanitariya-gigiyena və yanğın təhlükəsizliyi tələblərinə uyğun hazırlanmalı, tikintidə isə yalnız uyğunluq sertifikatı və tələb olunan yanğın-texniki göstəriciləri təsdiqlənmiş materiallardan istifadə edilməlidir”.

​Ekspert xüsusilə təhsil müəssisələrində istifadə edilən daxili və xarici materialların spesifik göstəricilərinə diqqət çəkib:

​“Xüsusilə məktəb və digər təhsil obyektlərində üzlük, izolyasiya, döşəmə, tavan və dekorativ materialların yanıcılıq, alovun yayılması, tüstü əmələgətirmə və toksiklik göstəriciləri, həmçinin insan sağlamlığına zərərli maddələrin ayrılması nəzərə alınmalıdır”.

​Son olaraq mütəxəssis tikinti prosesində texniki nəzarətin əhəmiyyətini vurğulayıb:

​“Tikinti zamanı texniki nəzarət materialın layihədə nəzərdə tutulan xüsusiyyətlərə və normativ sənədlərə uyğunluğunu da yoxlamalıdır. Yəni təhlükəsizlik sertifikatı sadəcə sənəd deyil — materialın faktiki xüsusiyyətləri də təsdiqlənməlidir”.

Ləman Rəhimli

Новостная лента

На данный момент новостей в ленте нет...