Təhsil 365 - Logo Mobile

40 dərəcə isti, duman, külək...- Günün hava proqnozu

15223.08.2026 - 05:19
40 dərəcə isti, duman, külək...- Günün hava proqnozu

Bakıda və Abşeron yarımadasında avqustun 23-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

“Tehsil365” xəbər verir ki, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-38°, bəzi yerlərdə 40°-dək isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.

Nuray Babayeva

Новостная лента

На данный момент новостей в ленте нет...