Təhsil 365 - Logo Mobile

Qazax-Tovuz RTİ-də iş imkanı - Müsabiqə elan edilir

13624.08.2026 - 09:30
    Qazax-Tovuz RTİ-də iş imkanı - Müsabiqə elan edilir

Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçıların işə qəbulu üzrə müsabiqə elan edilir.

“Tehsil365” xəbər verir ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində vakant olan Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçıların işə qəbulu müsabiqəsi elan edilir.

Müsabiqə iki mərhələdən (seçim və müsahibə) ibarət olacaq.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 24 avqust 2026-cı il saat 15:00 - 27 avqust 2026-cı il saat 15:00 tarixlərində qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün link:

//docs.google.com/.../1FAIpQLSeNMenLbQa.../viewform...

Müsabiqədə iştirak etmək üçün namizəd paylaşılmış elanda qeyd edilən məlumat linkinə daxil olaraq vakant müəssisələrlə tanış olur, daha sonra müraciət linkinə keçid edərək işə qəbul üzrə vakant yerləri seçməklə qeydiyyatdan keçir. Müraciət zamanı aşağıdakı sənədlər mütləq əlavə edilir:

- namizədin ali təhsili haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin) surəti;

- namizədin əmək kitabçasının surəti.

Aşağıdakı keçid vasitəsilə vakant yerlərin siyahısı ilə tanış ola bilərsiniz:

//drive.google.com/.../1gcv2iMdU_e-tNvDIO.../view...

Müsabiqədə iştirak üçün tələblər aşağıdakılardır:

• pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil;

• 3 (üç) ildən az olmayaraq pedaqoji staj;

• təhsilalanların sayı 500-dən çox olan təhsil müəssisələri, eləcə də lisey, gimnaziya, internat tipli lisey və gimnaziyalar üzrə – təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 51 bal və daha yuxarı nəticə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında iştirak etməmiş namizədlərə münasibətdə isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında 85% və daha yuxarı nəticə;

• digər təhsil müəssisələri üzrə – namizədlərin müsabiqə üçün müraciət etdiyi tarixə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 42 bal və daha yuxarı nəticə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında iştirak etməmiş namizədlərə münasibətdə isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında 70% və daha yuxarı nəticə.

Namizədin məlumatları yoxlanılır və namizədin əlaqə nömrəsinə ərizəsinin qəbul edilib-edilməməsinə dair mesajlar göndərilir. Ərizəsi müsbət qəbul edilmiş namizədlərlə müsahibə həyata keçirilir.

Namizədlərin müsahibə mərhələsinə dəvəti aşağıdakı ardıcıllıq əsasında aparılır:

• vakansiyanın mövcud olduğu müəssisədə çalışan müəllimlər;

• vakansiyanın mövcud olduğu rayon (şəhər) üzrə müəssisələrdə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;

• vakansiyanın mövcud olduğu rayon (şəhər) üzrə müəssisələrdə çalışan müəllimlər;

• vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;

• vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan müəllimləri;

• müvafiq tələblərə cavab verən digər şəxslər.

Bir vakant yer üzrə iki və daha artıq sayda eyni nəticə göstərmiş namizəd seçildikdə aşağıdakı ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:

• təhsilverənlərin sertifikatlaşdırılmasının və müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində daha yüksək nəticə göstərən;

• pedaqoji sahə üzrə magistr ali elmi-ixtisas dərəcəsinə malik olan;

• pedaqoji staj müddəti daha çox olan;

• daha əvvəl rəhbər vəzifədə işləyən və ya rəhbər vəzifədə stajı daha çox olan.

Müsabiqədə iştirak edəcək namizədlərə uğurlar arzulayırıq!

Amin Cavayev

Новостная лента

На данный момент новостей в ленте нет...