Təhsil 365 - Logo Mobile

Azərbaycan Universitetində magistratura üçün BOŞ YERLƏR

14325.08.2026 - 05:40
    Azərbaycan Universitetində magistratura üçün BOŞ YERLƏR

Azərbaycan Universitetində magistratura səviyyəsi üzrə boş qalan plan yerləri açıqlanıb.

“Tehsil365” xəbər verir ki, universitetdə müxtəlif ixtisaslar üzrə ümumilikdə 121 boş plan yeri mövcuddur.

Boş yerlər aşağıdakı ixtisaslar üzrə müəyyənləşdirilib:

Ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı)- 3 yer

Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı)- 3 yer

Azərbaycan ədəbiyyatı- 3 yer

Azərbaycan dili- 3 yer

Təhsil psixologiyası- 5 yer

Azərbaycanın qədim və orta əsrlər tarixi- 5 yer

Azərbaycanın yeni və ən yeni tarixi- 4 yer

Tərcümə (ingilis dili)- 3 yer

Turizmin iqtisadiyyatı- 10 yer

İqtisadiyyatın tənzimlənməsi- 10 yer

Bank işi- 10 yer

Vergi və vergitutma-10 yer

İnsan resursları menecmenti (Azərbaycan bölməsi)- 5 yer

İnsan resursları menecmenti (ingilis bölməsi) - 5 yer

Təhsil menecmenti (Azərbaycan bölməsi) - 2 yer

Təhsil menecmenti (ingilis bölməsi) - 2 yer

Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş - 5 yer

Gənclərlə iş -7 yer

Biznesin idarə edilməsi (MBA proqramı) üzrə isə boş plan yerləri belədir:

Maliyyə (Azərbaycan bölməsi) - 2 yer

Maliyyə (ingilis bölməsi) - 7 yer

Mühasibat (Azərbaycan bölməsi) - 2 yer

Mühasibat (ingilis bölməsi) - 4 yer

Marketinq (Azərbaycan bölməsi) -2 yer

Marketinq (ingilis bölməsi) - 2 yer

İnsan resurslarının idarə edilməsi (ingilis bölməsi)- 1 yer

Magistratura təhsili almaq istəyən namizədlər üçün boş qalan plan yerləri əlavə qəbul imkanları baxımından əhəmiyyət daşıyır.

Amin Cavayev

Новостная лента

На данный момент новостей в ленте нет...