Təhsil 365 - Logo Mobile

Zəfər parkında “Mütaliə və melodiya”: fəal gənclərə kitablar hədiyyə olunacaq

14525.08.2026 - 15:32
Zəfər parkında “Mütaliə və melodiya”: fəal gənclərə kitablar hədiyyə olunacaq

Xaçmazda gənclərin mütaliəyə marağının artırılması, kitab oxumaq mədəniyyətinin təşviqi və onların asudə vaxtının səmərəli təşkili məqsədilə “Gənclərlə mütaliə və melodiya” adlı kitab sərgisi keçiriləcək.

“Tehsil365” xəbər verir ki, sərgi avqustun 28-də saat 15:00-da Xaçmaz şəhərindəki Zəfər parkında təşkil olunacaq. Xaçmaz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə gənclər üçün müxtəlif kitablarla tanış olmaq və onları seçmək imkanı yaradılacaq.

Sərgi çərçivəsində canlı musiqi və melodiya, “60 saniyədə kitab” təqdimatı, interaktiv oyunlar, foto guşəsi və digər maraqlı fəaliyyətlər nəzərdə tutulur. Tədbirdə fəal iştirakçılara kitablar hədiyyə ediləcək.

Ləman Rəhimli

Новостная лента

На данный момент новостей в ленте нет...