Təhsil 365 - Logo Mobile

Xəzər Universitetinə qəbul olunan şəhid övladları

14326.08.2026 - 05:35
Xəzər Universitetinə qəbul olunan şəhid övladları

Bu il ali məktəblərə qəbul olunan məzunlar arasında erməni işğalçılarına qarşı 44 günlük Vətən müharibəsində canlarını fəda etmiş və şəhidlik zirvəsinə ucalmış Azərbaycan oğullarının övladları da var.

“Tehsil365” xəbər verir ki, ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin məlumatına görə, tələbə adını qazanan məzun şəhid övladlarından üçü Xəzər Universitetini seçib.

 Şəhid Baş çavuş Ruslan Rəhimovun oğlu Elmir Rəhimzadə (Turizm işinin təşkili, ingilis dilində, əyani), şəhid polkovnik- leytenant Babək Ramaldanovun oğlu Ramaldan Ramaldanov (Kompüter mühəndisliyi, əyani) və şəhid MAXE Emin Əmrahovun qızı Zərda Əmrahova (Filologiya, Azərbaycan dili və ədəbiyyatı,əyani) Xəzər Universitetinin tələbələri adını qazanıblar.

Nuray Babayeva

Новостная лента

На данный момент новостей в ленте нет...