Təhsil 365 - Logo Mobile

Azərbaycan idmançısı boccia üzrə dünya çempionatında tarixi uğura imza atıb

14531.08.2026 - 05:26
Azərbaycan idmançısı boccia üzrə dünya çempionatında tarixi uğura imza atıb

Cənubi Koreyanın paytaxtı Seulda boccia üzrə dünya çempionatı başa çatıb.

“Tehsil365” AZERTAC-a istinadən xəbər verir ki, BC2 kateqoriyasında mübarizə aparan Sona Ağayeva bürünc medal qazanıb.

İdmançı dünya reytinqinin 3-cü pilləsində qərarlaşan cənubi koreyalı Ahyonq Çoi üzərində qələbə qazanaraq fəxri kürsüyə qalxıb.

Bu, boccia idman növündə Azərbaycan paralimpiya hərəkatında Avropa və dünya çempionatlarında qazanılmış ilk medal kimi tarixə düşüb.

Nuray Babayeva

Новостная лента

На данный момент новостей в ленте нет...