Təhsil 365 - Logo Mobile

UNEC təkrar ali təhsilə sənəd qəbulu elan edir

15203.09.2026 - 04:02
 UNEC təkrar ali təhsilə sənəd qəbulu elan edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2026/2027-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir

“Tehsil365” xəbər verir ki,

  • 6002001 Beynəlxalq münasibətlər

  • 6004001 Beynəlxalq ticarət və logistika

  • 6004002 Biznesin idarə edilməsi

  • 6004003 Dövlət və bələdiyyə idarəetməsi

  • 6004004 İqtisadiyyat

  • 6004005 Maliyyə

  • 6004006 Marketinq

  • 6004007 Menecment

  • 6004008 Mühasibat

  • 6005004 Ekologiya

  • 6005009 Kompüter elmləri

  • 6005012 Statistika

  • 6006007 Ekologiya mühəndisliyi

  • 6006008 Elektrik və elektronika mühəndisliyi

  • 6006016 İnformasiya texnologiyaları

  • 6006017 İnformasiya təhlükəsizliyi

  • 6006021 Kommunikasiya sistemləri mühəndisliyi

  • 6006022 Kompüter mühəndisliyi

  • 6006023 Qida mühəndisliyi

  • 6006026 Maşın mühəndisliyi

  • 6006027 Materiallar mühəndisliyi

  • 6006041 Sənaye mühəndisliyi

  • 6008006 Sosial iş

  • 6003005 Dizayn (geyim dizaynı, mühit dizaynı)

Təkrar ali təhsilə sənəd qəbulu ancaq elektron qaydada https://portal.edu.az/http://www.kabinet.unec.edu.az internet linkləri vasitəsilə həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri ilk növbədə https://portal.edu.az/ və bundan sonra isə http://www.kabinet.unec.edu.az portalları vasitəsi ilə elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüqu¬qunu qazanırlar.

Sənədlərin qəbulu 2026-ci il iyunun 3-dən sentyabrın 4-dək aparılacaq.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:

  • Rektorun adına ərizə;

  • Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);

  • 3x4 sm ölçüdə fotoşəkil;

  • Şəxsiyyət vəsiqəsinin surəti.

QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Ünvan: Akademik Həsən Əliyev küçəsi 135, otaq 518.
Telefon: (012) 564-38-92.
Mobil: (070) 578-08-59 (həmçinin WhatsApp ünvan)
           .(055) 875-04-33 (həmçinin WhatsApp ünvan)

Facebook ünvanı: https://www.facebook.com/unectekraralitehsil/
İnstaqram
ünvanı: https://www.instagram.com/sabuhitanriverdi/

Nuray Babayeva

Новостная лента

На данный момент новостей в ленте нет...