Təhsil 365 - Logo Mobile

UNEC tələbələri üçün Montpellier Universitetində İkili Diplom Proqramına qəbul başlayır

15303.09.2026 - 04:11
UNEC tələbələri üçün Montpellier Universitetində İkili Diplom Proqramına qəbul başlayır

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Fransanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Montpellier Universiteti arasında həyata keçirilən Beynəlxalq İdarəetmə və Biznes üzrə İkili Diplom Proqramına tələbə qəbulu elan edilir.

“Tehsil365” xəbər verir ki, Proqram UNEC tələbələrinə Avropa ali təhsil mühitində təhsil almaq, beynəlxalq akademik təcrübə qazanmaq və məzun olduqdan sonra iki ali təhsil diplomu əldə etmək imkanı yaradır.

Proqram haqqında məlumat

  • Təhsil müddəti: 1 il (bakalavr səviyyəsinin 3-cü tədris ili)

  • Tədris dili: İngilis dili

  • Təhsil haqqı: 2250 euro (2027/2028 tədris ili üçün qiymətdə dəyişiklik yarana bilər)

  • Tədris yeri: Montpellier Universiteti, Fransa

  • Diplom: UNEC və Montpellier Universitetinin ikili diplomu

Müraciət edə biləcək şəxslər:

  • Yeni tədris ilində 2-ci kursa başlayacaq tələbələr

  • Minimum orta bal (ÜÖMG) – 81 bal;

  • İngilis dili biliyini B2 səviyyəsində təsdiq edən dil sertifikatına malik olan tələbələr

Aşağıdakı ixtisaslar üzrə tədris alan tələbələr:

  • Maliyyə

  • Mühasibat

  • İqtisadiyyat

  • Biznesin idarəolunması

Təqdim ediləcək sənədlər

  • Ərizə

  • Akademik transcript

  • İngilis dili sertifikatı (B2 səviyyəsi)

  • CV

  • Niyyət məktubu (Motivation letter)

Müraciət müddəti və seçim prosesi

Altqruplarda iştirak etmək istəyən tələbələr üçün müraciətlərin son qəbul tarixi: 07.09.2026

Seçilmiş namizədlərin siyahısı UNEC tərəfindən Montpellier Universitetinə təqdim olunur.

Təhsil haqqı və yaşayış

Təhsil haqqı Montpellier Universitetinin mövcud qaydalarına uyğun olaraq ödənilir.

Yaşayış və gündəlik xərclər tələbənin şəxsi məsuliyyətindədir.

Montpellier Universiteti tərəfindən yataqxana dəstəyi göstərilir

Əlaqə:

 exchange@unec.edu.az
 +994 12 492 18 82
 UNEC – Beynəlxalq Əməkdaşlıq Departamenti (Əsas bina 115-ci otaq)

Nuray Babayeva

Новостная лента

На данный момент новостей в ленте нет...