Təhsil 365 - Logo Mobile

BMU magistrantları üçün Çində 100 faiz təqaüdlə təhsil almaq imkanı

14304.09.2026 - 10:25
BMU magistrantları üçün Çində 100 faiz təqaüdlə təhsil almaq imkanı

Bakı Mühəndislik Universitetinin (BMU) magistrantları üçün Çin Xalq Respublikasında 100 faiz təqaüd hesabına təhsil almaq imkanı yaradılıb.

BMU-dan “Tehsil365”ə bildirilib ki, ayrılmış 5 təqaüd yeri üzrə namizəd olmaq istəyən BMU magistrantları müvafiq tələblərə cavab verməlidirlər. Həmin tələblərlə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

//beu.edu.az/az/media/news/bmu- magistrantlar-ucun-cind-100-faiz-tqaudl-thsil-almaq-fursti

Təqaüd proqramı memarlıq, inşaat mühəndisliyi, ekologiya mühəndisliyi, informasiya texnologiyaları, mexanika mühəndisliyi ixtisaslarını əhatə edir.

Təqaüd üçün son müraciət tarixi 8 sentyabr 2026-cı ildir.Sənədlər BMU-nun Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilməlidir ( iro@beu.edu.az , tel: 050454-34-84)

Təqaüd proqramı BMU magistrantlarının beynəlxalq akademik mühitə inteqrasiyası, xarici ali təhsil müəssisələrində təhsil və tədqiqat imkanlarının genişləndirilməsi, eləcə də BMU ilə Çin universitetləri arasında strateji akademik əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı baxımından mühüm imkan yaradır.

Amin Cavayev

Новостная лента

На данный момент новостей в ленте нет...