Təhsil 365 - Logo Mobile

BMU-da bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir

14704.09.2026 - 10:35
BMU-da bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir

Bakı Mühəndislik Universitetində (BMU) 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin elektron qeydiyyatı davam edir.

Universitetdən “Tehsil365”ə bildirilib ki, BMU-ya qəbul olunan abituriyentlərin 95 faizi qeydiyyat prosesini uğurla tamamlayıb.

Qeydiyyat prosesi avqustun 28-dən etibarən my.gov.az rəqəmsal hökumət platforması vasitəsilə həyata keçirilir. Tam elektron formatda aparılan qeydiyyat zamanı abituriyentlərdən hər hansı kağız sənədin universitetə təqdim olunması tələb edilmir.

Qeyd edək ki, bakalavriat səviyyəsinə qəbul olunan şəxslərin elektron qeydiyyatı 8 sentyabr saat 18:00-dək davam edəcək.

Abituriyentlərin müəyyən edilmiş müddət ərzində elektron qeydiyyat prosesini tamamlamaları vacibdir.

Qeydiyyatla bağlı əlavə sualları yaranan abituriyentlər BMU-nun Qeydiyyat Komissiyası ilə həftənin I–V günləri, saat 10:00–17:00 aralığında əlaqə saxlaya bilərlər.

Amin Cavayev

Новостная лента

На данный момент новостей в ленте нет...